Modern.az

Dövlət Komitəsi və “Azərişıq” ASC birlikdə yardım aksiyası həyata keçiriblər

Dövlət Komitəsi və “Azərişıq” ASC birlikdə yardım aksiyası həyata keçiriblər

Aktual

15 Aprel 2020, 17:25

Koronavirus pandemiyasının ölkəmizin ərazisində geniş yayılmasının qarşısının alınması üçün tətbiq edilən karantin rejimində əhalinin həssas qrupları, o cümlədən məcburi köçkünlər maddi dəstəyə ehtiyac duyurlar. Bu sahədə dövlətimizin müəyyənləşdirdiyi tədbirlərlə yanaşı, ayrı-ayrı qurumlar tərəfindən də sosial aksiyalar həyata keçirilir.

 

Modern.az xəbər verir ki, aprelin 15-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və “Azərişıq” ASC tərəfindən Bakı şəhərindəki məcburi köçkün tənha şəxslərə və aztəminatlı ailələrə yardımı göstərilib.

 

Gündəlik tələbat mallarında ibarət olan 1200 ərzaq bağlaması paytaxtın Yasamal rayonunda - Azərbaycan Texniki Universitetinin və  Azərbaycan Memarlıq və İnşaat Universitetinin yataqxanalarında, 1800 ərzaq bağlaması isə Binəqədi rayonu ərazisindəki müxtəlif obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə verilib.

Risk qrupuna daxil olan insanların evdə qalması və  virusa yoluxmaqdan qorunması məqsədi güdən yardım aksiyası zamanı məcburi köçkünlərlə  infeksiyanın tez bir zamanda qarşısının alınması məqsədilə həyata keçirilən sosial izolyasiya tədbirlərinə riayət etmək tövsiyə olunub.

Məcburi köçkünlər karantin rejimi müddətində onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkür ediblər.

 

 

 

 

 

DSC_0129.JPG
DSC_0135.JPG
DSC_0143.JPG
DSC_0147.JPG
DSC_0167.JPG
DSC_0169.JPG
DSC_0191.JPG
DSC_0200.JPG
DSC_0212.JPG
DSC_0220.JPG
DSC_0225.JPG
DSC_0229.JPG
DSC_0261.JPG
DSC_0267.JPG
DSC_0292.JPG
DSC_0301.JPG
 
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV