Modern.az

Heydər Əliyev Fondu aztəminatlı ailələrə yardım edir -FOTO

Heydər Əliyev Fondu aztəminatlı ailələrə yardım edir -FOTO

Aktual

15 Aprel 2020, 16:28

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Heydər Əliyev Fondu tərəfindən “Biz birlikdə güclüyük” aksiyasına başlayıb.

 

Modern.az xəbər verir ki, aksiyanın məqsədi  karantin rejimi dövründə aztəminatlı ailələrə sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək və bu işdə vətəndaş həmrəyliyini genişləndirməkdir.  

 

Aprelin 14-də “Abşeron Kristal” MMC və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə həyata keçirilən  aksiya çərçivəsində Fondun “Regional İnkişaf” İctimai Birliyinin könülluləri Goranboy, Tərtər və Ağdam rayonlarında yaşayan aztəminatlı ailələrə müxtəlif ərzaq məhsullarından ibarət 1000-dən çox sovqat paylayıb.  Layihə karantin rejimi müddətində bütün regionlar üzrə davam edəcək.

 








Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV