Modern.az

Soydaşlarımız Monteneqrodakı aztəminatlı ailələrə yardım etdilər

Soydaşlarımız Monteneqrodakı aztəminatlı ailələrə yardım etdilər

Aktual

15 Aprel 2020, 18:40

Azərbaycan-Monteneqro Mədəniyyət və İqtisadi Mərkəzi tərəfindən xüsusi qayğıya ehtiyacı olan 30 ailəyə yardım göstərilməsi məqsədilə paytaxt Podqoritsa Bələdiyyəsinə zəruri ərzaq məhsullarından ibarət yardım paketləri təqdim edilib.

 

Modern.az xəbər verir ki, mərkəzin direktoru Seyran Mirzəzadə bir neçə ailəyə paketləri birbaşa ünvanlarında təqdim edib.

 

Mərkəz üzvlərinin bu çətin anlarda ehtiyac duyanlara yardım göstərməsi, həmrəylik, insanlıq və dostluq jesti Podqoritsa Bələdiyyəsi və ailələr tərəfindən minnətdarlıqla qarşılanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycandakı strateji koordinatlar İrana ötürüldü - ŞOK İDDİA!