Modern.az

Polisi itələyən futbolçu cəzalandırıldı

Polisi itələyən futbolçu cəzalandırıldı

Aktual

15 Aprel 2020, 19:33

Danimarkanın "Kopenhagen" klubunun futbolçusu Maykl Santosun Avropa Liqasının 1/16 final mərhələsinin Şotlandiya "Seltik"i ilə cavab matçında (3:1) etdiyi hərəkət cəzasız qalmayıb.

 

Modern.az xəbər verir ki, qurumun İntizam Komitəsi sözügedən qarşılaşmada polis işçisini itələyən uruqvaylı hücumçunu 3 oyunluq diskvalifikasiya edib.

Paytaxt təmsilçisinin qərardan apellyasiya şikayəti vermək niyyətində olduğu bildirilib.

 

Qeyd edək ki, "Seltik"lə səfər matçının 51-ci dəqiqəsində hesabı açan Maykl Santos komandasının vurduğu 2-ci qolu qeyd edərkən onu sakitləşdirməyə çalışan polisi itələyib.

İki oyunun nəticəsinə əsasən, 4:2 hesablı qələbə qazanan "Kopenhagen" klubu 1/8 final mərhələsinə vəsiqə qazanıb (report).

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV