Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi Fatih Terim koronavirusdan sagalıb.
Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, F.Terimin koronavirusla bağlı verdiyi sonuncu analizin nəticəsi də mənfi çıxıb.
Baş məşqçinin sözlərinə görə, testdən sonra onda infeksiyanın simptomları aşkar olunmayıb: "Virusun plazmafarez metodu ilə müalicəsi üçün donor olmağa hazıram. Dəyərli həkimlərimiz kriteriyalara uyğun olduğumu desələr, qan verməyə hazıram. Bu yolla bir neçə insanın həyatını qurtararam. Bu isə məni xoşbəxt edər".
Qeyd edək ki, daha əvvəl "Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak və klub rəsmisi Yusuf Günay da koronavirusdan sagalıb.