Modern.az

Heydər Əliyev Mərkəzindən Avropa İttifaqı ölkələrinə həmrəylik mesajı

Heydər Əliyev Mərkəzindən Avropa İttifaqı ölkələrinə həmrəylik mesajı

Aktual

15 Aprel 2020, 22:28

Bu gün Heydər Əliyev Mərkəzinin binası üzərinə Avropa İttifaqının bayrağı videoproyeksiya olunub. Bununla Azərbaycanın koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə həmrəyliyi nümayiş olunub.

Bu barədə Modern.az-a Heydər Əliyev Mərkəzindən məlumat verilib.

Qeyd edək ki, aprelin 3-dən başlayaraq zərərçəkən dövlətlərin bayraqları həmin ölkələrin musiqisinin müşayiəti ilə hər gün mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

İndiyədək koronavirus xəstəliyinin geniş yayıldığı Çin, Fransa, Almaniya, İran, İtaliya, Rusiya, İspaniya, Türkiyə, Böyük Britaniya, ABŞ və Gürcüstanın bayraqları Mərkəzin binasının üzərində nümayiş olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV