Modern.az

Türkiyədə azərbaycanlı futbol hakimindən koronavirus tapıldı

Türkiyədə azərbaycanlı futbol hakimindən koronavirus tapıldı

Aktual

15 Aprel 2020, 23:14

Türkiyədə Karabük Həvəskar Liqasında futbol hakimi kimi fəaliyyət göstərən azərbaycanlı İsa Məmmədovun koronavirus testi müsbət nəticə verib.

Modern.az  "Report"a istinadən xəbər verir ki, gənc referi dad və qoxu hisslərini itirməsi, eləcə də nəfəs almaqda çətinlik çəkməsi səbəbindən yerli xəstəxanada tibbi müayinədən keçib. Evinə qayıtdıqdan sonra Məmmədova testinin pozitiv çıxdığını bildirərək, onu təcili yardım maşını ilə xəstəxanaya aparıblar.

Azərbaycanlı tələbənin otaq yoldaşlarının universitetlərdə tətil elan olunması səbəbindən Azərbaycana qayıtdıqları müəyyənləşib.

Qeyd edək ki, İsa Məmmədov Karabük Universitetinin Bədən Tərbiyəsi və İdman fakültəsində İdman idarəçiliyi ixtisası üzrə 3-cü kursda təhsil alır.    

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV