Modern.az

Bakıda pəncərə silmək istəyən tələbə yıxılaraq ölüb

Bakıda pəncərə silmək istəyən tələbə yıxılaraq ölüb

Aktual

15 Aprel 2020, 23:26

Bakının Qaradağ rayonunda bədbəxt hadisə zamanı gənc qız ölüb.

Modern.az  APA-ya istinadən xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində baş verib.
 

1999-cu il təvəllüdlü Məhərrəmova Nilgün Tarix qızı yaşadığı binanın beşinci mərtəbəsində otağın pəncərəsini silib. Bu zaman o, ehtiyatsızlıqdan yerə yıxılıb.

N.Məhərrəmova 1 saylı şəhər xəstəxanasına çatdırılarkən yolda ölüb.

Qeyd edək ki, N.Məhərrəmova Ali Neft Məktəbinin üçüncü kurs tələbəsidir. O, prezident təqaüdçüsü olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...