Modern.az

Azərbaycan vətəndaşları Türkiyədə 284 daşınmaz əmlak alıb

Azərbaycan vətəndaşları Türkiyədə 284 daşınmaz əmlak alıb

Aktual

16 Aprel 2020, 08:21

2020-ci ilin yanvar-mart aylarında Azərbaycan vətəndaşları Türkiyədə 284 daşınmaz əmlak obyekti satın alıb ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3 obyekt azdır.

Modern.az Trend-ə istinaddən xəbər verir ki, bu barədə Türkiyə Dövlət Kadastrı və Alqı-Satqı Agentliyi məlumat yayıb.

Məlumata əsasən, mart ayında Azərbaycan vətəndaşları Türkiyədə 65 daşınmaz əmlak obyekti əldə edib. Bu, ötən ilin martı ilə müqayisədə 15 obyekt azdır.

 

2020-ci ilin martında Türkiyədə 108 670 daşınmaz əmlak obyekti satılıb ki, bu da 2019-cu ilin martı ilə müqayisədə 3,4 faiz çoxdur.

Ötən ay əcnəbilər Türkiyədə 3 036 daşınmaz əmlak əldə edib. Bu, 2019-cu ilin martı ilə müqayisədə 3 faiz azdır.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV