Modern.az

Milli Qəhrəmanlar prezidentə məktub yazdılar

Milli Qəhrəmanlar prezidentə məktub yazdılar

Aktual

16 Aprel 2020, 12:22

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə Goranboy rayonundan Milli Qəhrəmanlar Maşallah AbdullayevMəhəmməd Həsənov  tərəfindən minnətdarlıq məktubu.

 

Möhtərəm Prezident.

Cənab Ali Baş Komandan.

 

Dünyanı bürüyən koronavirus pandemiyası bəşəriyyəti ölüm təhlükəsi ilə üz-üzə qoymuşdur. Avropanın ən böyük dövlətləri  bu virusla mübarizədə aciz durumdadır.

 

Ancaq, Sizin uzaqgörən və düşünülmüş məqsədyönlü qərarlarınız  və həyata keçirdiyiniz işlər sayəsində Azərbaycan bu virusa qarşı effektli mübarizə aparan ən qabaqcıl ölkələr sırasındadır. Məhz Sizin xüsusi tapşırığınızla Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması və ölkə ərazisində xüsusi karantin rejiminin elan edilməsi bu virusun yayılma təhlükəsinin və baş verə biləcək ağır fəsadların əvvəlcədən qarşısının alınması baxımından zəruri addım idi.

 

Xüsusi təyinatlı xəstəxanaların tikilməsi, həmçinin  bu yaxınlarda Sizin iştirakınızla istifadəyə verilmiş Goranboy Mərkəzi Xəstəxanasının da bu təyinatla fəaliyyət göstərməsi, əlavə  tibbi ləvazimatların alınması və əhali üçün Sosial Paketin hazırlanması ilə bağlı Sərancamlarınız Sizin vətəndaşlarımıza verdiyiniz dəyərin, göstərdiyiniz qayğının təzahürüdür.

 

Sizin və Mehriban xanımın xalqımıza müraciətləriniz də bunu bir daha sübut edir.

 

Biz  yaxşı bilirik ki, ölkəmizdə hər bir şey dövlətimizin, Sizlərin  nəzarətindədir. Səhiyyə işçilərimiz və digər bütün dövlət orqanları birgə fəaliyyət göstərərək bu ümumbəşəri bəlaya qarşı əzmlə mübarizə aparır.

 

Goranboy rayonunda da bununla bağlı ciddi əməli tədbirlər; dezinfeksiya və maarifləndirmə işləri lazımi səviyyədə həyata keçirilir.

 

Cənab Prezident. 

 

Biz, bütün qəhrəman goranboylular adından Sizə və Mehriban xanıma, xalqımızın sağlamlığı üçün göstərdiyiniz bu diqqətə görə minnətdarlığımızı bildiririk.

 

Uca Allahın köməyi ilə xalqımız bu bəladan sağ-salamat qurtulacaq və bir Ali Baş Komandan kimi, Sizin rəhbərliyinizlə biz Milli Qəhrəmanlar və bütün Qəhrəman goranboylular  birlikdə, tezliklə Qarabağımızı erməni işğalçılarından – murdar erməni virusundan azad edəcəyik.

 

Böyük Allah xalqımızı, dövlətimizi qorusun.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV