Modern.az

“Gəncə Şərab - 2” ASC Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsünə qoşuldu - FOTO  

“Gəncə Şərab - 2” ASC Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsünə qoşuldu - FOTO  

Aktual

16 Aprel 2020, 15:04

Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi karantin rejiminə uyğun olaraq yaşı 65-dən yuxarı vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq Gəncədə tənha yaşayan ahıl şəxslərə və aztəminatlı ailələrə yardımlar davam edir.

 

Modern.az xəbər verir ki, yardım aksiyası Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilir. Aksiyaya sahibkarlar və iş adamları da dəstək verirlər.

 

“Gəncə Şərab - 2” ASC-nin rəhbəri Namiq Məmmədov da Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsünə qoşulub. Onun təşkilatçılığı ilə “Gəncə Şərab - 2” ASC-nin əməkdaşları tənha yaşayan ahıl vətəndaşların evlərinə və aztəminatlı ailələrə baş çəkiblər.

 

Aksiya çərçivəsində sözügedən şəxslərə ərzaq yardımı ediliblər. Qida məhsulları ilə yanaşı, ərzaq yardımı edilən vətəndaşlara “Gəncə Şərab - 2” ASC-nin istehsalı olan tibbi spirt də paylanılıb. Gün ərzində ümumilikdə 100 aztəminatlı ailə, o cümlədən yaşı 65-dən yuxarı tənha ahıl şəxsə ərzaq yardımı edilib. Qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürənlər sırasında “Gəncə Şərab - 2” ASC-nin də adı var. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV