Modern.az

İlham Əliyevdən 28 mindən çox insanı sevindirəcək SƏRƏNCAM

İlham Əliyevdən 28 mindən çox insanı sevindirəcək SƏRƏNCAM

Aktual

16 Aprel 2020, 15:45

Azərbaycan Prezidenti İlham Əliyev Qax rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 

Modern.az-ın  xəbərinə görə, sərəncama əsasən, Qax rayonunun əhalisi 28701 nəfər olan 17 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 17 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 1,19 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

 

Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

 

Qax rayonunda qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı: 

 

 

Sıra

№-si

Yaşayış məntəqələri

Quyuların

sayı, ədəd

Əhalinin

sayı, nəfər

     

Almalı kəndi

1

2167

     

Baydarlı kəndi

1

440

     

Dəymədağlı kəndi

1

883

     

Əlibəyli kəndi

1

1842

     

Güllük kəndi

1

2564

     

İbaxlı kəndi

1

656

     

Kiçik Alatəmir kəndi

1

38

     

Qax şəhəri

1

14401

     

Qaradolaq kəndi

1

201

10. 

Qındırğa kəndi

1

129

11.

Qıpçaq kəndi

1

738

12.

Qorağan kəndi

1

1382

13. 

Lələpaşa kəndi

1

486

14.

Marsan kəndi

1

825

15.

Turaclı kəndi

1

1048

16

Uzuntala kəndi

1

156

17.

Zərnə kəndi

1

745

Cəmi

17

28 701

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV