“Hələlik Azərbaycanın hava əlaqələrinin bərpası nəzərdə tutulmur bu, may ayına da şamil ediləcək”.
Modern.az xəbər verir ki, bu sözləri aprelin 16-da Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Prezidentin köməkçisi qeyd edib ki, həmin müddətdə xüsusi çarter reysləri istisna olmaqla, sərnişin daşımalarının həyata keçirilməsinə yol verilməyəcək. Bu tədbirlər virusun xaricdən ölkəmizə daxil olunmasının və yenidən yoluxmaların qarşısının alınması məqsədilə həyata keçirilir. O, Naxçıvanla Bakı arasında hava əlaqəsinin bərpa oluna biləcəyini əlavə edib.
"Naxçıvanla Bakı arasında aviauçuşların bərpa olunması məsələsinə baxıla bilər. Amma burada karantin rejimi ilə bağlı vəziyyət də nəzərə alınmalıdır".