Modern.az

Salyanda qayğıya ehitaycı olan aztəminatlı ailələrə yardım paylanılıb - FOTO

Salyanda qayğıya ehitaycı olan aztəminatlı ailələrə yardım paylanılıb - FOTO

Aktual

16 Aprel 2020, 18:15

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərə respublikamızın hər yerində olduğu kimi, Salyan rayonunda da birmənalı şəkildə əməl olunur, rayon ərazisində profilaktik tədbirlərin həyata keçirilməsi ilə yanaşı aztəminatlı ailələrə köməklik göstərilməsi ilə bağlı sosial aksiyalar həyata keçirilir.

 

Bu barədə Modern.az-a Salyan rayon İcra Hakimiyyətindən məlumat verilib.

 

Belə ki, rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə rayonda yaşayan ahıl, tənha şəxslərə və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə ərzaq məhsullarından ibarət yardımlar paylanılıb, eyni zamanda onlarla maarifləndirici söhəbtlər aparılıb və xüsusi karantin rejimində müəyyən olunmuş qayda və tövsiyələrə riayət olunmasının vacibliyi barədə ətraflı məlumat verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putinə Paşinyandan bir