Cari il martın 10-dan aprelin 14-dək olan müddətdə Xırdalan şəhərindəki evlərin birindən 2630 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş S.Rəhimov, qardaşı və T.Nəsrullayev Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildiriblər ki, ətraflarında aparılmış tədbirlərlə onların daha 3 evdən pul, məişət əşyaları və təmir alətləri oğurlamaları da müəyyən edilib.