Türkiyədə son sutka ərzində daha 125 nəfər koronavirusdan ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 1 643 nəfərə çatıb:
"Bu gün 40 427 test keçirilib, 4 801 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 74 193 nəfərdir. Onlardan 1820 nəfəri reanimasiyadadır. 7089 nəfərin isə müalicəsi müsbət nəticə verib. Müalicə olunan 1415 xəstə bu gün evə buraxılıb".
F.Qoca, həmçinin Türkiyədə indiyə qədər 518 143 nəfərin testdən keçdiyini qeyd edib.