ABŞ-da koronavirus qurbanlarının sayı 31 015-ə çatıb.
Modern.az xəbər verir ki, bu barədə federal və yerli hakimiyyət orqanları, KİV və başqa mənbələrlə hesablamalar aparan Cons Hopkins Universiteti məlumat yayıb.
Məlumatda bildirilir ki, ABŞ-da koronavirusa yoluxanların sayı 640 000 nəfərə çatıb.
İndiyədək ölkədə koronavirusa yoluxanlardan 52 739 nəfəri sağalıb.