Modern.az

Bakı-Sumqayıt yolunda qəza

Bakı-Sumqayıt yolunda qəza

Aktual

16 Aprel 2020, 22:51

Bakı-Sumqayıt yolunda avtomobil qəzası baş verib.

Modern.az  APA-ya istinadən xəbər verir ki, avtoqəza Xırdalan rayonu ərazisində qeydə alınıb.

Paytaxt istiqamətində yüksək sürətlə hərəkətdə olan "Daewoo" markalı minik maşını qarşısında hərəkət edən "Hyundai" markalı avtomobillə toqquşub və onu dəmir arakəsmələrə çırpıb. Daha sonra "Daewoo" markalı avtomobil aşıb. Sürücüsü isə avtomobildən düşərək hadisə yerindən yayınıb. Əraziyə cəlb olunmuş polis əməkdaşları onun sərxoş olduğunu və polisə müqavimət göstərdiyini bildiriblər.
 

Hazırda sürücünün şəxsiyyətinin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putinə Paşinyandan bir