Modern.az

Naftalanda yanğın zamanı zəhərlənənin şəxsiyyəti məlum olub

Naftalanda yanğın zamanı zəhərlənənin şəxsiyyəti məlum olub

Aktual

17 Aprel 2020, 00:43

Naftalan şəhərində fərdi evdə baş vermiş yanğın zamanı 44 yaşlı kişi tüstüdən zəhərlənib.

Modern.az  "Report"a istinadən xəbər verir ki, hadisə Naftalan şəhər "Muğam bağları" adlanan ərazidə yerləşən fərdi evdə qeydə alınıb.

Yanğın nəticəsində 1976-cı il təvəllüdlü Əlibaba Ağalarov tüstüdən zəhərlənib. Ona həkimlər tərəfindən tibbi yardım göstərilib. Ə.Ağalarovun vəziyyəti qənaətbəxş hesab olunur.

Qeyd edək ki, hadisə axşam saatlarında qeydə alınıb. Ümumi sahəsi 110 kvadratmetr olan birmərtəbəli evdə yataq dəsti və xalça yanıb.

Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putinə Paşinyandan bir