Modern.az

Saatlıda zavodun işçisini avtokar vurdu

Saatlıda zavodun işçisini avtokar vurdu

Aktual

17 Aprel 2020, 10:13

Saatlı rayonunda bədbəxt hadisə baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə rayon ərazisindəki "P-Aqro" MMC-nin Saatlı Pambıq Emalı zavodunda qeydə alınıb.

 

Orada Zeyniyev İlham Zahir oğlu idarə etdiyi avtokarla zavodda kiptikən işləyən 1969-cu il təvəllüdlü Abasova Şəhla Nəriman qızını vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Saatlı rayon Prokurorluğunda araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?