Modern.az

Futbol üzrə dünya çempionu koronavirusdan öldü

Futbol üzrə dünya çempionu koronavirusdan öldü

Aktual

17 Aprel 2020, 15:03

İngiltərə millisinin heyətində 1966-cı ildə dünya çempionu olan Norman Hanter koronavirusdan ölüb.

 

Modern.az-ın məlumatına görə, aprelin 10-da koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilən futbol veteranı 77 yaşında dünyasını dəyişib.

 

Karyerasının əsas hissəsini (1962-1976) “Lids”də keçirən Hanter mərkəz müdafiəçisi mövqeyində çıxış edib. Bu müddətdə 726 matça çıxan futbolçu klub tarixində 4-cü göstəriciyə malikdir.

 

O, karyerası ərzində həmçinin “Bristol” və “Barnsli”nin formasını geyinib. Hanter ikiqat İngiltərə çempionu, ölkə kuboku və Superkubokunun qalibi adına yiyələnib. 1973/74 mövsümündə ən yaxşı futbolçu seçilib.

 

“Lids”in yaydığı məlumatda bildirilir ki, Hanter sonadək koronavirusla mübarizə aparıb: “Onun sonadək mübarizə aparması və Milli Səhiyyə Xidmətinin əməkdaşları mümkün olan hər şeyi etməsinə baxmayaraq, təəssüf ki, Hanter bu gün səhər öz döyüşünü uduzub. O, heç vaxt unudulmayacaq. Biz onun ailəsinə və yaxınlarına bu çətin vaxtda dəstək olmaq istəyirik”.

 

Qeyd edək ki, Hanter İngiltərə yığmasında 28 oyunda 2 qol vurub. O, DÇ-1966-nın qızıl, AVRO-1968-in bürünc mükafatçısıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putinə Paşinyandan bir