Modern.az

Milli Məclisin şöbə müdiri öz ərizəsi ilə işdən çıxdı

Milli Məclisin şöbə müdiri öz ərizəsi ilə işdən çıxdı

Aktual

17 Aprel 2020, 16:43

Milli Məclis Aparatının Analitik İnformasiya Şöbəsinin müdiri Aydın Ağayev vəzifəsindən azad edilib.

Modern.az Musavat.com-a istinadən xəbər verir ki, Aydın Ağayev öz ərizəsi ilə Milli Məclis rəhbərliyinə müraciət edib.

1950-ci il təvəllüdlü Aydın Ağayev Milli Məclisin qocaman məmurlarından idi.

Tarix elmləri üzrə fəlsəfə doktoru, politoloq Aydın Ağayev uzun illər Azərbaycan Televiziyasında “Planetimiz bu gün” verilişinin aparıcısı olub.

Aydın Ağayev 2-ci dərəcə dövlət müşaviridir, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putinə Paşinyandan bir