Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda araq istehsalı 2019-cu ilin müvafiq dövrünə nisbətən 4 dəfə artaraq 1 640,3 min dekalitr təşkil edib.
Modern.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2020-ci ilin ilk üç ayında ölkədə 65,9 min dekalitr likör istehsal edilib ki, bu da ötən ilin müvafiq aylarına nisbətdə 43,1% azalma deməkdir.
İçki və tütün məmulatlarının istehsalı:
| Məhsul növləri | 2020-ci ilin yanvar-mart aylarında istehsal edilib | Əvvəlki ilin müvafiq ayına nisbətən, % |
| İçki məhsulları | ||
| Araq, min dkl | 1 640,3 | 4 dəfə |
| Brendi (konyak), min dkl | 7,6 | 90,5 |
| Üzüm şərabı, min dkl | 65,5 | 53,9 |
| Şampan şərabı, min dkl | - | - |
| Pivə, min dkl | 770,3 | 135,5 |
| Likörlar, min dkl | 65,9 | 56,9 |
| Alkoqolsuz içkilər, min dkl | 4 446,1 | 108,3 |
| Papiros və siqaretlər, mln. ədəd | ||
| Papiros və siqaretlər, mln. ədəd | 1 393,0 | 2,3 dəfə |
| Fermentləşdirilmiş tütün, ton | 1 050,8 | 69,4 |