Modern.az

Türkiyə Azərbaycandakı vətəndaşlarını təxliyə edəcək

Türkiyə Azərbaycandakı vətəndaşlarını təxliyə edəcək

Aktual

17 Aprel 2020, 18:19

Türkiyə hökuməti Azərbaycandan ölkəsinə dönmək istəyən vətəndaşlar üçün təxliyə reysləri təşkil edəcək.

 

Bu barədə Modern.az-a Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib. 

 

Məlumata görə, Türkiyə Hava Yolları Azərbaycanda olan və ölkəsinə qayıtmaq istəyən Türkiyə vətəndaşlarının təxliyəsi üçün yaxın günlərdə təyyarələr göndərəcək.  

 

“İndiyədək səfirliyə ölkəyə qayıtmaq üçün müraciət edən bütün vətəndaşlarımıza uçuşlarla bağlı ətraflı məlumat e-poçt, “WhatsApp” və SMS vasitəsilə çatdırılacaq. Bununla əlaqədar vətəndaşlarımızı e-poçt və telefonlarını mütəmadi olaraq yoxlamağı xahiş edirik”, - diplomatik nümayəndəlikdən bildirilib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putinə Paşinyandan bir