İtaliyada son sutka ərzində koronavirusa yoluxan daha 575 nəfər dünyasını dəyişib.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, bununla da ölkədə pandemiyadan ölənlərin sayı 22 745-ə çatıb.
İtaliyanın Səhiyyə Nazirliyinin məlumatına görə, koronavirusa yoluxanların sayı daha 3 493 nəfər artaraq 172 434-ə yüksəlib.
İtaliyada koronavirusdan sağalanların sayı isə 42 727 nəfərdir.