Türkiyədə son sutka ərzində daha 126 nəfər koronavirusdan ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 1 769 nəfərə çatıb:
"Bu gün 4 353 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 78 546 nəfərdir. Onlardan 1820 nəfəri reanimasiyadadır. Müalicə olunan 1542 xəstə bu gün evə buraxılıb. Ölkədə koronavirusdan sağalanların ümumi sayı 8631 nəfər təşkil edir".