ABŞ-ın məşhur boks hakimi Eddi Kotton koronavirusa yoluxduqdan sonra dünyasını dəyişib.
Modern.az xəbər verir ki, bu barədə Beynəlxalq Boks Federasiyasının rəsmi saytında məlumat verilib.
Məlumata görə, Kotton 72 yaşında vəfat edib. Həyat yoldaşının dediyinə görə, iki həftə əvvəl o, sətəlcəm diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Daha sonra isə keçmiş referiyə koronavirus diaqnozu qoyulub.
Qeyd edək ki, Eddi Kotton Denis Lebedev - Marko Huk, Lennoks Lüis - Mayk Tayson, Oleq Maskayev - Hasim Rəhman və digər döyüşlərin rinq hakimi olub. O, sonuncu döyüşünü 2014-cü ildə idarə edib.