Modern.az

Mahir Abbaszadədən məcburi köçkünlərə növbəti yardım - FOTO  

Mahir Abbaszadədən məcburi köçkünlərə növbəti yardım - FOTO  

Aktual

18 Aprel 2020, 11:41

121 saylı Laçın seçki dairəsindən millət vəkili Mahir Abbaszadə məcburi köçkünlərə növbəti yardım edib. Millət vəkili aztəminatlı, tənha yaşayan, Qarabağ müharibəsi əlili olan 100-dən çox ailəyə yardım edib.

 

Modern.az xəbər verir ki, ərzaq yardımı Bakı, Abşeron və Sumqayıt şəhərlərində müvəqqəti məskunlaşan Laçın rayon sakinlərinə paylanılıb. Məqsəd risk qrupuna daxil olan insanların evdə qalaraq virusa yoluxmaqdan qorumaqdır. 

 

Əhali ilə görüş zamanı dövlətin hər zaman onların problemlərinə həssaslıqla yanaşdığı qeyd edilib. Vurğulanıb ki, COVİD-19 pandemiyasının geniş yayılmağa başladığı gündən Prezident İlham Əliyev tərəfindən vətəndaşlarımızın sağlamlığının qorunması üçün zəruri tədbirlər həyata keçirilib. Bunun nəticəsində, Azərbaycanın bu çətin vəziyyətdən minium itkilərlə çıxacağına əminlik ifadə olunub. 

 

Görüş zamanı, koronovirus pandemiyasından qorunmaq və sosial izolyasiya tədbirlərinə əməl etmək tövsiyə olunub. 

 

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edilib. Bu tədbirlər çərçivəsində yaşı 65-dən yuxarı şəxslərin evdən çıxması qadağan olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putinə Paşinyandan bir