Türkiyənin 31 şəhərinə giriş-çıxış qadağası müddəti uzadıldı.
Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, qadağa bölgələri arasında tənəffüs yolları xəstəliklərinin çox yayıldığı Zonguldağ da var.
Türkiyənin Daxili İşlər Nazirliyinin məlumatına görə, bu gecə saat 00:00-dan sonra Ankara, Antalya, Adana, Aydın, Balıkesir, Bursa, Denizli, Diyarbakır, Erzurum, Eskişehir, Gaziantep, Hatay, İstanbul, İzmir, Kahramanmaraş, Kayseri, Kocaeli, Konya, Malatya, Manisa, Mardin, Mersin, Muğla, Ordu, Sakarya, Samsun, Şanlıurfa, Tekirdağ, Trabzon, Van vilayətlərinə və Zonquldağa quru, hava və dəniz yolu ilə ictimai və özəl nəqliyyat vasitələrinin daxil olması və çıxışı qadağan olunur.