Modern.az

Qaxda avtomobil gənc oğlanı vurdu

Qaxda avtomobil gənc oğlanı vurdu

Aktual

18 Aprel 2020, 21:42

Qaxda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az  "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Qıpçaq kəndində qeydə alınıb.

Həmin kəndin sakini 23 yaşlı Ramazan Elxan oğlu Cəbiyevi "10-KV-239" dövlət seriya nişanlı, "VAZ-21099" markalı avtomobil vurub. Yaralı Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Kənd sakinlərinin sözlərinə görə, xəsarət alan R.Cəbiyev ruhi xəstədir.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...