Özbəkistanda COVID-19 virusuna yoluxanların sayı 1495 nəfərə çatıb.
Modern.az Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son sutka ərzində koronavirusa 45 nəfər yoluxub, indiyədək 194 nəfər sağalıb, 5 xəstə dünyasını dəyişib.
Özbəkistan Xarici İşlər Nazirliyinin Operativ Qərargahının məlumatına görə, xarici ölkələrdə 73 Özbəkistan vətəndaşı koronavirusa yoluxub. Vurğulanır ki, Rusiyada 42, ABŞ-da 11, Yunanıstan və Qazaxıstanın hər birində 6 nəfər bu virusa yoluxub və həmin ölkələrdə müalicələrini davam etdirirlər.