Modern.az

Azərbaycan yığmaları dünya reytinqində mövqeyini qoruyub

Azərbaycan yığmaları dünya reytinqində mövqeyini qoruyub

Aktual

19 Aprel 2020, 13:36

Beynəlxalq Voleybol Federasiyası (FİVB) milli komandaların reytinq siyahısını açıqlayıb. 

 

Modern.az-ın məlumatına görə, qadın voleybolçulardan ibarət Azərbaycan yığması 127 xalla dünyanın 26-cı komandasıdır. 

 

Millimizin iki həftə əvvəl açıqlanan son cədvəldəki mövqeyi dəyişməz qalıb. Yığmamız 25-ci sıradakı Xorvatiyadan 4 xal geri qalır. Voleybolçularımız 27-ci olan Meksikanı 1 xal qabaqlayır. 

 

Siyahının ilk üç pilləsində isə Çin (391), ABŞ (382) və Braziliya (328) qərarlaşıb. 

 

Kişilərdən ibarət Azərbaycan millisinin də mövqeyi toxunulmaz qalıb. Yığmamız 101 xalla 58-ci sırada yer alıb. Voleybolçularımız 57-ci olan İsraildən 4 xal geri qalır, 59-cu pillədəki Pakistanı 1 xal qabaqlayır. Cədvəlin ilk 3 pilləsində Braziliya (427), Polşa (384) və ABŞ (365) möhkəmlənib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putinə Paşinyandan bir