Modern.az

Belarusda koronavirus qurbanlarının sayı 47 olub

Belarusda koronavirus qurbanlarının sayı 47 olub

Aktual

19 Aprel 2020, 15:18

Belarusda indiyədək 47 nəfər koronvirus infeksiyasının qurbanı olub.

 

Modern.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə respublikanın Səhiyyə Nazirliyindən bildirilib.

 

Məlumatda deyilir ki, hazırda 3 538 nəfər stasionar müalicədədir, digərləri ambulator müalicə alır, yaxud xəstəxanadan buraxılıb, 86 nəfər xüsusi həkim nəzarəti altındadır.

 

Aprelin 17-də Belarusda koronavirusa yoluxanların ümumi sayının 4 779 nəfər olduğu bildirilib. Aprelin 18-i və 19-da isə respublikanın Səhiyyə Nazirliyi tərəfindən yoluxanların ümumi sayı barədə məlumat açıqlamayıb.

Sizə yeni x var
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada