Modern.az

AFFA-dan yarışlarla bağlı yeni QƏRAR

AFFA-dan yarışlarla bağlı yeni QƏRAR

Aktual

19 Aprel 2020, 18:42

Koronavirus pandemiyası səbəbindən Azərbaycanda təxirə salınan liqaların bərpa müddəti artırılıb.

 

Modern.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və gənclər liqalarının U-11, U-13, U-16 yaş qrupu üzrə çempionatlarının başlama vaxtı uzadılıb.

 

Bununla yanaşı, Yüksək qızlar liqalarının, "Coca-Cola Məktəbli kuboku"nun və Region Liqası turnirinin oyunları da mayın 4-dək təxirə salınıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada