Modern.az

Kanadada silahlı insident: güllələnən 17 nəfər öldü

Kanadada silahlı insident: güllələnən 17 nəfər öldü

Aktual

20 Aprel 2020, 08:54

Kanadanın Yeni Şotlandiya vilayətində silahlı atışma çoxsylı ölümlə nəticələnib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki,  hadisəni 51 yaşlı Qabriel Uortman adlı şəxs törədib. Onun atəş açması nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

Qurbanların sayı arta bilər, araşdırma davam edir. Uortman polis formasında olub və onun açdığı atəş nəticəsində xeyli yaralanan da var. Qatilin zərərsizləşdirildiyi bildirilir.

Kanadanın Baş naziri Castin Trüdo həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada