Modern.az

ABŞ İrana tibbi yardım göstərmək istəyir - Tramp açıqladı

ABŞ İrana tibbi yardım göstərmək istəyir - Tramp açıqladı

Aktual

20 Aprel 2020, 09:43

Amerika Birləşmiş Ştatların hakimiyyəti orqanları süni tənəffüs aparatlarının təmin edilməsi də daxil olmaqla, yeni bir növ koronavirusun yayılmasına qarşı mübarizədə İrana kömək etməyə hazırdır.

 

Modern.az-ın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən brifinqdə deyib.

 

D.Trampın sözlərinə görə, əgər İran koronavirusla mübarizədə yardıma ehtiyac duyarsa, o bunun üçün nəsə etməyə hazır ola bilər:

 

"Əgər onlara kömək lazımdırsa, süni tənəffüs aparatlarına ehtiyac duyarlarsa, indi əlimizdə minlərlə aparatlar var, həmçinin istehsal prosesində olan cihazlarımız var".

 

İran tərəfi ABŞ-dan daha əvvəl edilən yardım təkliflərini rədd etdi. Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin sözlərinə görə, Tehran "heç bir Amerika siyasətçisinin məsləhətlərini qəbul etməyəcək".

Sizə yeni x var
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada