Modern.az

Bu gün ilk azərbaycanlı pediatr Əbülfəz Qarayevin doğum günüdür  

 Bu gün ilk azərbaycanlı pediatr Əbülfəz Qarayevin doğum günüdür  

Aktual

20 Aprel 2020, 10:47

Bu gün ilk azərbaycanlı pediatr, professor Əbülfəz Qarayevin  doğum günüdür.

 

Modern.az xəbər verir ki, bu barədə deputat Etibar Əliyev öz Facebook səhifəsində paylaşım edib. Paylaşımda bildirilir ki,  Əbülfəz Fərəc oğlu Qarayev 1885-ci il aprel ayının 20-də Bakı şəhərində anadan olub. O, 1896-cı ildə Bakı gimnaziyasına daxil olub, 1907-ci ildə ordakı təhsilini tamamlayıb. Gimnaziyanı bitirdikdən sonra Əbülfəz Qarayev Odessa şəhərində Novorossiysk Universitetinin tibb fakültəsinə daxil olub, 1912-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirib.

 

Odessadan Bakıya qayıtıqdan sonra gənc həkim, gələcək həyat yoldaşı Sona xanım Axundova ilə tanış olur. Sona xanım Axundova Azərbaycanda tanınmış vəkil İskəndər bəy Axundovun qızı idi. Sonanın valideynləri mütərəqqi fikirli insanlar idi və o vaxtın sərt şəriət qaydalarına baxmayaraq qızlarına mükəmməl təhsil vermişdilər. Sona xanım Peterburq Smolnı İnstitutunun Bakı filialı olan Müqəddəs Nina gimnaziyasında, habelə Rusiya Musiqi Cəmiyyətinin nəzdindəki Bakı Musiqi Məktəbinin fortepiano ixtisası üzrə təhsil alıb.

 

Əbülfəz Qarayevlə Sona xanımın iki oğlu dünyaya gəlir. Bunlar dünya şöhrətli, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev və görkəmli cərrah Mürsəl Qarayevdir. Pediatr 1938-ci ildə doktorluq dissertasiyasını müdafiə . Onun pedaqoji fəaliyyəti dövründə yetişmiş mütəxəssislərin çoxu bu gün Azərbaycan pediatriyasının qabaqcıl nümayəndələridir. Bakının 2 saylı Uşaq Klinik Xəstəxanası onun adını daşıyır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada