Modern.az

Bakı Ali Neft Məktəbində onlayn imtahanlar başlayıb

Bakı Ali Neft Məktəbində onlayn imtahanlar başlayıb

Aktual

20 Aprel 2020, 11:22

Bakı Ali Neft Məktəbində (BANM) 2019/2020-ci tədris ilinin yaz smesterinin bütün dərslərini başa vuran tələbələr üçün Final imtahanı onlayn qaydada təşkil edilib.

 

BANM-dan Modern.az-a bildirilib ki, ilk olaraq final imtahanları Neft-Qaz mühəndisliyi və Proseslərin Avtomatlaşdırılması mühəndisliyi ixtisaslarının V kurs tələbələri üçün keçirilib.

 

“Mülki müdafiədə tibbi yardımın əsasları” fənnindən keçirilən imtahanda 70 nəfərə qədər tələbə iştirak edib. 3 saat davam edən imtahanda tələbələr 25 sualı cavablandırıblar.

 

İmtahanlar LMS (Learning Management System - Öyrənmənin İdarəolunması Sistemi) sistemi üzərindən reallaşdırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada