Modern.az

“Azərbaycanın bu çətin sınaqdan az itki ilə çıxacağına əminik” - Prezidentə təşəkkür məktubu

“Azərbaycanın bu çətin sınaqdan az itki ilə çıxacağına əminik” - Prezidentə təşəkkür məktubu

Aktual

20 Aprel 2020, 13:16

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyü işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bununla əlaqədar dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir.

 

Modern.az Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilovun məktubunu təqdim edir:  

 
– Hörmətli Cənab Prezident!
 
Dünyada geniş yayılmış yeni koronovirus pandemiyasının respublikamızda yayılmasının qarşısının alınması istiqamətində atdığınız addımlar və görülən bütün tədbirlər bir daha sübut etdi ki, Azərbaycan Prezidenti hər zaman öz vətəndaşının mənafeyini qoruyur və xalqının yanındadır. Cənab Prezident, sizin tapşırıqlarınıza əsasən vaxtında və operativ tədbirlər nəticəsində hazırda respublikamızda koronovirus pandemiyasına qarşı yüksək səviyyədə və bütün dünyaya nümunə olacaq mübarizə aparılır. Bu istiqamətdə imzaladığınız Sərəncamlar, açılan yeni xəstəxanalar, fabriklər, bu çətin dönəmdə xaicdən alınan tibb ləvazimatlar Azərbaycanın bu çətin sınaqdan az itki ilə çıxacağına əsas verir. Hörmətli Cənab Prezident, sizin tərəfinizdən atılan bu müsbət addımlar bu gün müxtəlif beynəlxalq təşkilatlar və dünya liderləri tərəfindən ünvanlanan təşəkkür məktublarında və dünyanın aparıcı KİV-də Azərbaycanın koronavirusa qarşı apardığı mübarizənin nümunə kimi göstərilməsində öz əksini tapır. Mən bir vətəndaş cəmiyyətinin nümayəndəsi kimi sizin öz vətəndaşının sağlamlığını qorumaq və pandemiyanın yayılmasının qarşısını almaq üçün etdiyiniz səyləri yüksək qiymətləndirir və xalqımızın bu bəladan minimum zərərlə xilas olacağına əminliklə inanıram. Xalqımıza göstərdiyiniz dəstəyə və qayğıya görə Sizə və Mehriban xanıma öz dərin təşəkkürümü bildirir, Sizə və ailənizə uzun ömür, cansağlığı arzu edirəm. Uca Tanrı Sizi və Azərbaycan xalqını qorusun!
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada