Modern.az

Evdə qal və muzeylərə səyahət et

Evdə qal və muzeylərə səyahət et

Aktual

20 Aprel 2020, 14:16

Mədəniyyət Nazirliyi və Gənclər Fondunun ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə bağlı insanların evdə asudə vaxtlarını səmərəli keçirməsi məqsədilə başladıqları “Muzeylərə virtual səyahət” layihəsinin növbəti videoçarxı yayımlanıb.

 

Modern.az xəbər verir ki, “Evdə qal və evdə öyrən” çağırışı ilə həyata keçirilən bu layihə ölkədə fəaliyyət göstərən muzeylərə virtual səyahət edərək, vətəndaşların ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti ilə daha yaxından tanış olmasına imkan yaratmaqdadır.

 

Layihə çərçivəsində növbəti səyahət zəngin musiqi alətləri kolleksiyasına və arxiv materiallarına malik olmaqla, musiqi mədəniyyətimizin tarixini əks etdirən materialların əsas saxlanc yeri, qorunduğu, öyrənildiyi və təbliğ olunduğu məkan olaraq fəaliyyət göstərən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyidir.

 

Muzeyin ekspozisiyasında Azərbaycan musiqi mədəniyyətinin tarixi, onun ayrı-ayrı mərhələləri, görkəmli musiqi xadimləri, milli musiqi alətləri haqqında ətraflı məlumat verilir.

 

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə virtual səyahəti aşağıdakı keçidlər vasitəsilə izləmək olar:

 

//www.facebook.com/youthfundaz/videos/162567028387894/

 

//www.facebook.com/cvntv/videos/613399172587385/ 

 

//youtu.be/CJ7D963-Fss

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada