Modern.az

“Azərbaycan Diaspor Gəncləri” təşkilatı virtual konfrans təşkil edib

“Azərbaycan Diaspor Gəncləri” təşkilatı virtual konfrans təşkil edib

Aktual

20 Aprel 2020, 14:22

Aprelin 19-da Azərbaycan Diaspor Gənclərinin (ADG) təşəbbüsü ilə virtual konfrans keçirilib.

 

Modern.az xəbər verir ki, konfransa dünyanın 14 ölkəsindən - Türkiyə, Kanada, Litva, Misir, Polşa, Rusiya, Gürcüstan, Estoniya, Almaniya, İsveçrə, İtaliya, Fransa, Yunanıstan və Azərbaycandan 18 nəfər qatılıb.

 

Diaspor gəncləri COVİD-19 pandemiyasının yaşadıqları ölkələrdə yaratdığı problemlərdən, xaricdə yaşayan azərbaycanlıların qarşılaşdıqları çətinliklərdən, Azərbaycan dövlətinin və diasporumuzun bu problemlərin həlli istiqamətində gördüyü işlərdən danışıblar.

 

Müzakirələrin əhəmiyyətini qeyd edən konfrans iştirakçıları qərara alıblar ki, gənclərin fərdi inkişafına, diaspor fəaliyyərinə fayda vermək üçün gələcəkdə də virtual təlim, konfrans və seminarların təşkilini davam etdirsinlər.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...