Modern.az

Partiya sədri: “Qabaqlayıcı tədbirlər görülməsəydi acınacaqlı duruma düşə bilərdik”

Partiya sədri: “Qabaqlayıcı tədbirlər görülməsəydi acınacaqlı duruma düşə bilərdik”

Aktual

18 Aprel 2020, 15:20

"Koronavirus pandemiyasının bütün dünyada insan sağlamlığına, həyatına, iqtisadiyyata, sosial sferaya vurduğu zərbələr göz qabağındadır. Əgər ölkəmizdə vaxtında qabaqlayıcı tədbirlər görülməsəydi, biz də bir çox dövlətlər kimi acınacaqlı duruma düşə bilərdik. Xəstəliyin yayılma sürətinin qarşısını almaq, itkilərin miqyasını minimuma endirmək üçün ölkə rəhbərliyi bütün resursları səfərbər etdi. Hazırda vəziyyət nəzarət altındadır."

 

Bu fikirləri Modern.az-a Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.

 

O bildirib ki, ölkəmizdə tibbi, profilaktik, karantin tədbirləri ilə yanaşı bu bəladan ziyan görən vətəndaşlarımızın sosial müdafiəsi, sahibkarlığın, iqtisadi subyektlərin ayaqda qalması üçün də dövlətimiz çox önəmli addımlar atır:


"Aprelin 17-də Prezident İlham Əliyevin Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiyyat nazirləri ilə keçirdiyi videoiclasda bu məsələni təfərrüatı ilə müzakirə etməsi və sosial müdafiə tədbirlərinin daha da gücləndirilməsi ilə bağlı yeni tapşırıqların verilməsi əhalinin sağlamlığının qorunması və rifahının yaxşılaşdırılmasının ölkə başçısının siyasətində prioritet olduğunun göstəricisidir. Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən 300 mindən çox insanların əmək haqqlarının əhəmiyyətli hissəsinin dövlət tərəfindən qarşılanması, 300 minə yaxın kiçik sahibkarın maliyyə itkilərinin dövlət proqramları hesabına ödənilməsi, 600 mindən çox işsizə, xüsusi karantin rejiminə görə iş yerini itirmiş qeyri-formal işləyən şəxslərə, aztəminatlı ailələrdən olan insanlara maddi yardımın ayrılması və bu yöndə həyata keçirilən digər dəstək proqramları vətəndaşlarımız tərəfindən razılıqla qarşılanır."

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putinə Paşinyandan bir