Modern.az

Bakıda sərxoş şəxs maşını polisin üstünə sürdü

Bakıda sərxoş şəxs maşını polisin üstünə sürdü

Aktual

20 Aprel 2020, 16:12

Ötən gün Bakının Suraxanı rayonunda hakimiyyət nümayəndəsinin qanuni tələblərinə itaətsizlik hadisəsi qeydə alınıb.

 

Xüsusi karantin rejimininin qaydalarını pozan sərxoş sürücü avtomobili polis əməkdaşının üstünə sürüb.

 

Modern.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə aprelin 19-da, saat 04:00 radələrində Ramana qəsəbəsində baş verib.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları karantinlə əlaqədar qurulan postda “Opel” markalı avtomobili saxlamağa çalışıblar. Lakin sürücü onların tələblərinə məhəl qoymayaraq, idarə etdiyi avtomobili Post-Patrul Xidmətinin əməkdaşı Nurlan Müzəffərlinin (1997-ci il təvəllüdlü) üstünə sürüb. Nəticədə, xəsarət alan asayiş keşikçisi Daxili İşlər Nazirliyinin xəstəxanasına yerləşdirilib.

 

Polislər qanunu pozan Gürcüstan vətəndaşı, 1987-ci il təvəllüdlü Sahir Nəsibovu saxlayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada