Modern.az

Goranboyda daha 300 aztəminatlı ailəyə ərzaq yardım verilib - FOTO

Goranboyda daha 300 aztəminatlı ailəyə ərzaq yardım verilib - FOTO

Aktual

20 Aprel 2020, 17:32

“Region Aqro” MMC ( Goranboy Aqro) tərəfindən rayonda 300 aztəminatlı ailəyə ərzaq yardımı verildi.

 

Modern.az xəbər verir ki, Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışına əsasən, “Region Aqro” MMC ölkəmizdə koronavirus ( COVİD-19) pandemiyasının qarşısının alınması məıqsədi ilə, hazırda davam edən xüsusi karantin rejimi ilə əlaqədar sosial dəstək tədbirlərinə qoşulub.

 

Belə ki, Goranboy rayonu ərazisində xüsusi karantin rejiminin qayda və tələblərinə uyğun olaraq sosial izolyasiya şəraitində yaşayan aztəminatlı ailələrə baş çəkilmiş, onlara ərzaq məhsullarından ibarət yardımlar çatdırılıb.

 

Fəxralı və Qurbanzadə kəndlərində-59, Şadılıda-20, Xoyluda-21, Qaradağlıda-36, Dəliməmmədlidə-32, Alpoutda-21, Düzqışlaqda-22, Baxçakürddə- 20, Qazanbulaqda-31, Quşçularda-11 və Yəhərçi-Qazaxlarda- 27 olmaqla, ümumilikdə 300 aztəminatlı ailələrə ərzaq yardımı verilib.

 

05 iyun  2018-ci il tarixdən fəaliyyətə başlayan və ölkənin ərzaq təminatında mühüm rol oynayan “Region Aqro” MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 (yüz) min manat məbləğində vəsait köçürməklə də  öz sosial dəstəyini ifadə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada