Modern.az

Ermənistanda 10 polis əməkdaşı koronavirusa yoluxub

Ermənistanda 10 polis əməkdaşı koronavirusa yoluxub

Aktual

20 Aprel 2020, 19:22

Ermənistanda koronavirusa yoluxan polis əməkdaşlarının sayı 10-a çatıb.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ermənistan polis rəisinin (daxili işlər naziri) müavini Hayk Mqryan aprelin 20-də jurnalistlərə bildirib.

 

Onun sözlərinə görə, 120 polis əməkdaşı COVID-19-a qarşı mübarizə çərçivəsində özünü təcrid rejimində olub: “30 polis təcrid edilib, 20-nin analizinin nəticəsi mənfi, 10 polis əməkdaşında isə analizin nəticəsi müsbət olub”.

 

Qeyd edək ki, Ermənistanda 1 339 nəfər koronavirusa yoluxub, 22 nəfər ölüb. Ölkədə mayın 14-dək fövqəladə vəziyyət rejimi qüvvədə qalacaq. Aprelin 6-a polis əməkdaşında virus aşkarlanmışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada