Gürcüstanda koronavirusa yoluxanların sayı artıb.
Modern.az xəbər verir ki, indiyədək qonşu ölkədə COVİD-19-dan 402 nəfər ğlüb.
Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında verilən məlumata görə, hazırda ölkə üzrə karantində 4782 nəfər saxlanılır.
Məlumata görə, hazırda stasionar müalicədə isə 503 nəfər var. Virusa yoluxan şəxslərdən 95-i sağalıb, 4 nəfər isə vəfat edib.
Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.