Modern.az

İtaliyada koronavirus qurbanlarının sayı  24 114-ə çatıb

İtaliyada koronavirus qurbanlarının sayı  24 114-ə çatıb

Aktual

20 Aprel 2020, 21:24

İtaliyada son sutka ərzində koronavirusa yoluxan daha 454 nəfər dünyasını dəyişib.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki,bununla da ölkədə pandemiyadan ölənlərin sayı 24 114-ə çatıb.

İtaliyanın  Səhiyyə Nazirliyinin məlumatına görə, koronavirusa yoluxanların sayı daha 2 256  nəfər artıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 181 228 nəfərə çatıb.

İndiyədək ölkədə xəstəlikdən sağalanların sayı 48 877 nəfər təşkil edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...