Türkiyədə son sutka ərzində daha 123 nəfər koronavirusdan ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 2 140 nəfərə çatıb:
"Bu gün ölkədə 4 674 yeni yoluxma aşkarlanıb. Bununla da yoluxanların ümumi sayı 90 980 nəfərə çatıb. Müalicə olunan 1454 xəstə bu gün evə buraxılıb və sağalanların ümumi sayı 13 430 nəfər təşkil edib.
Fəxrəddin Qoca bildirib ki, Türkiyədə indiyə qədər 673 980 nəfər testdən keçib.