Fransada yeni növ koronavirusdan ölənlərin sayı artıb.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, ötən sutka ərzində 547 nəfər COVİD-19-dan dünyasını dəyişib.
Ölkənin Baş Səhiyyə İdarəsinin rəhbəri Jerom Salomon bildirib ki, ölkədə koronavirusdan ölənlərin sayı 20 min nəfəri ötüb: "Hazırda Fransada koronavirusdan ölənlərin sayı 20 255 nəfər təşkil edir. 12 513 ölüm halı xəstəxanalarda, 7 752 ölüm halı isə sosial və tibb müəssisələrində qeydə alınıb".