Modern.az

COVİD-19 qurbanlarıının sayı 157 847 nəfərə çatdı

COVİD-19 qurbanlarıının sayı 157 847 nəfərə çatdı

Aktual

21 Aprel 2020, 00:14

Son bir sutkada dünyada koronavirusa yoluxanların sayı daha 72 000 nəfər artıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Məlumata görə, bununla da dünyada koronavirusa yoluxanların sayı 2 314 621 nəfərə çatıb.

Həmçinin, son bir sutkada  koronavirusdan ölənlərin sayı 5 296 nəfər artaraq  157 847 nəfərə çatıb.

Qeyd edək ki, koronavirusa yoluxmalar və ölüm halları ən çox Avropada müşahidə olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada